COVID-19 vaksini olunmazdan əvvəl, bu proses zamanı və vaksinasiyadan sonra siz nəyi bilməlisiniz

Vaksinasiya prosesində istiqamətləndirmə üçün məsləhətlər

UNICEF
Hanan Kasim, a health worker at Logia health center in Afar, Ethiopia, gets vaccinated.
UNICEF/UN0446647/Tadesse
16 İyun 2021

Dünyada milyonlarla insan COVID-19 xəstəliyi əleyhinə təhlükəsiz şəkildə vaksinasiya olunaraq bizi yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmaq üçün qayıdışımıza bir addım da yaxınlaşdırıb. Çoxlarının COVID-19 xəstəliyinə qarşı vaksinlə tez bir vaxtda təmin edilməsi mümkün olmasa da, digərlərinin vaksinasiya prosesi haqqında və növbələri çatanda nə etmələri ilə bağlı sualları vardır və bu başa düşüləndir.

Biz vaksinasiya prosesi haqqında öyrənmək və vaksinasiya olunmazdan əvvəl, bu proses zamanı və vaksinasiyadan sonra nə edə biləcəyinizlə bağlı məsləhətlər əldə etmək üçün UNICEF-in səhiyyə mütəxəssislərinə müraciət etdik.

Health workers and frontline workers receive the second dose of the COVID-19 vaccine at the Gotikhel Health Post in Lalipur District in central Nepal.

Vaksinasiyaya getməzdən əvvəl

Öz araşdırmanızı aparın. İnternetdə vaksinlər haqqında yanlış məlumatlar həddindən artıq çox olduğundan, UNICEF və ÜST kimi etibarlı mənbələrdən məlumat almağınız vacibdir. Sizdə COVID-19 xəstəliyinə qarşı vaksini vurdurub-vudurmamaq barədə hər hansı sual yarandıqda, öz həkiminizə müraciət edin. Hal-hazırda aşağıdakı xəstəlikləri olan insanlar mümkün mənfi təsirlərdən qorunmaq üçün COVID-19 xəstəliyinə qarşı vaksini vurdurmamalıdırlar:

  • Əgər onların COVID-19 xəstəliyinə qarşı vaksinin tərkibindəki hər hansı bir maddəyə kəskin allergik reaksiyaları vardırsa.
  • Əgər onlar hal-hazırda xəstədirsə və ya COVID-19 xəstəliyinin simptomlarını yaşayırlarsa (baxmayaraq ki, onlar sağaldıqdan və həkimin razılığını əldə etdikdən sonra vaksinasiya oluna bilərlər).

>>Siz COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə nəyi bilməlisiniz?

Öz həkiminizə müraciət edin. Əgər siz nə vaxtsa istənilən vaksinə kəskin allergik reaksiyadan əziyyət çəkmisinizsə və ya hal-hazırda qəbul etdiyiniz dərman vasitələri haqqında hər hansı sualınız vardırsa, vaksinasiya üçün vaxt almazdan əvvəl həkiminizə müraciət edin.

Özünüzə yaxşı baxın. Müvafiq gün ərzində özünüzü yaxşı hiss etmək üçün gecə yaxşı dincəlin və vaksinasiyadan əvvəl kifayət qədər maye qəbul edin.

Adults receive COVID-19 vaccines in Phnom Penh, Cambodia.

Vaksinasiya məntəqəsində olduğunuz vaxt ərzində

Təhlükəsiz yerdə qalın. Vaksinasiya məntəqəsində bütün təhlükəsizlik tədbirlərinə əməl edin, o cümlədən növbəni gözlədiyiniz zaman fiziki məsafə saxlayın və maskadan istifadə edin.

Ünsiyyətdə olun. Əgər sizin sağlamlıq vəziyyətinizə görə hər hansı ehtiyat tədbirlərinin görülməsi tələb olunursa, məsələn əgər siz hamiləsiniz və ya sizin immunitet sisteminiz zəifdirsə, əlaqədar tibb işçisinə bu barədə məlumat verin.

Qeydiyyat sənədlərini özünüzdə saxlayın. COVID-19 xəstəliyinə qarşı hansı vaksinlə, nə vaxt və harada vaksinasiya olunmağınız haqqında məlumatları özündə əks etdirən vaksinasiya kartı sizə təqdim olunmalıdır. Bu kartı mütləq özünüzdə saxlayın, çünki gələcəkdə o sizə lazım ola bilər.

Older adults start to receive COVID-19 vaccines at a vaccination site in the district of San Martín de Porres in Lima, Peru.
Older adults start to receive COVID-19 vaccines at a vaccination site in the district of San Martín de Porres in Lima, Peru.

Vaksinasiya olunduqdan sonra

Müşahidə olunmaq üçün müvafiq məntəqədə qalın. Vaksinasiya olunduqdan sonra 15 dəqiqə ərzində sizdə hansısa birbaşa reaksiyaların baş vermədiyinə əmin olmaq üçün əlaqədar tibb işçisi sizi müşahidə etməlidir. Lakin bu vaksinasiyadan sonra insan orqanizmində kəskin reaksiyalar nadir hallarda baş verir.

Bəzi yan təsirlərə hazır olun. Vaksinlər, xəstəliyə yoluxma təhlükəsi olmadan sizə immunitet vermək üçün hazırlanıb. İmmunitetin yan təsirlər olmadan formalaşdırılması normal hesab olunsa da, bir neçə gün ərzində öz-özünə keçən bəzi yüngül-orta dərəcəli yan təsirlərin əmələ gəlməsi də ümumi bir haldır.

Vaksinasiyadan sonra yaşaya biləcəyiniz bəzi yüngül-orta dərəcəli yan təsirləri bunlardır:

  • İnyeksiya yerində ağrı;
  • Yüngül hərarət;
  • Yorğunluq;
  • Baş ağrıları;
  • Əzələ və oynaq ağrıları;
  • Titrətmə;
  • İshal.

Hər hansı simptom ber neçə gündən çox davam edirsə və ya siz daha kəskin reaksiyadan əziyyət çəkirsinizsə, dərhal öz həkiminizlə əlaqə saxlayın.

Özünüzü və başqalarını qoruyun. Bu vaksinlər insanları ağır COVID-19 xəstəliyindən qorumaq üçün yüksək dərəcədə səmərəli olduğunu göstərsə də, biz vaksinasiya olunmuş insan tərəfindən bu virusu hətta simptomsuz şəkildə yaymasının mümkün olub-olmadığını hələ də öyrənirik. Bu səbəbdən, özünüzü və başqalarını qorumaq üçün təhlükəsizlik tədbirlərindən istifadəni davam etdirmək, o cümlədən insanların çox olduğu yerlərdən uzaq durmaq, fiziki məsafə saxlamaq, əlləri yumaq və maska taxmaq vacibdir.

>> COVID-19 və maskalar: Ailələr üçün məsləhətlər
>> COVID-19 virusuna qarşı müdafiə olunmaq üçün əl yuma barədə bilməli olduğunuz bütün məsələlər