Ağcabədi İƏR mərkəzi insanların həyatında müsbət təsirlər yaradır

Nihad və ailəsi üçün əhatəli dəstək

UNICEF
6 year-old Nihad participating at the group session for children with disabilities at the community-based rehabilitation centre in Agjabedy.
UNICEF Azerbaijan
19 Dekabr 2020

Bakıdan 374 km aralıda yerləşən Ağcabədi rayonu Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olaraq ərazi və əhali baxımından ölkənin ən böyük inzibati ərazilərindən hesab edilir.

Gənclər üçün Təhsil Mərkəzi (GTM) İB-nin Ağcabədi rayonunda fəaliyyət göstərən icma-əsaslı reabilitasiya mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həftədə 2-3 dəfə olmaqla mərkəzdə təşkil edilən fərdi və qrup məşğələlər, sosial-pedaqoji, sosial-psixoloji reabilitasiya, eləcə də onların valideynlərinə zəruri məsləhət və dəstək xidmətləri göstərilir.

Rayonda bu xidmətlərə böyük ehtiyac var, çünki əksər valideynlər özəl mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödəniş etmək imkanında deyildir.

2013-cü ildə GTM Qarabağ ofisi nəzdində yaradılmışİnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” (Ağcabədi İƏR mərkəzi) 2018-ci ildən başlayaraq Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF Azerbaijan ofisi ilə birgə əməkdaşlıqda həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərir. Mərkəzdə 2 uşaq inkişafı mütəxəssisi, 1 pedaqoq,1 sosial işçi, 1 psixoloq çalışır.

Layihə çərçivəsində yerli dövlət qurumlardan, icmalardan, ailələrdən, mobil səfərlərdən alınan göndərişlər vasitəsilə mərkəzdə bu günə qədər 230 keys üzərində iş aparılmış, 150 sağlamlıq imkanı məhdud (SİM) uşaq reabilitasiya proqramına cəlb edilmişdir. Hazırda, COVİD-19 pandemiyası ilə əlaqədar bütün xidmətlər elektronlaşdırlıb, reabilitasiya proqramları onlayn qaydada davam etdirilir.

"Burada valideynlər reabilitasiya proseslərini izləyir və öyrəndiyi bacarıqları evdə uşaqları ilə sınaqdan keçirirlər. Demək ki, burada komanda işi əsas uğur amili hesab edilir.”

“Ağcabədi İƏR mərkəzi Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərir.,” layihənin sosial iş üzrə məsləhətçi mütəxəssisi Elmir Valehli bildirir. “Sevindirici haldır ki, layihənin icrası ilə əlaqədar Ağcabədi rayon İcra hakimiyyəti çox dəstək olur. Layihənin əvvəlində, yerli qurumlar və valideynlərin iştirakı ilə dəyirmi masalar təşkil edilərək, uşaq müdafiəsi və reabilitasiyası sahəsində problemlər prioritetləşdirildi. Ümumiyyətlə, İƏR yanaşma olaraq, yerli ehtiyaclı ailələlər və uşaqlar üçün olduqca uğurlu modeldir. Belə ki, burada valideynlər reabilitasiya proseslərini izləyir və öyrəndiyi bacarıqları evdə uşaqları ilə sınaqdan keçirirlər. Demək ki, burada komanda işi əsas uğur amili hesab edilir.”

Ağcabədi İƏR mərkəzin xidmətlərindən faydalanmış uşaqlardan biri də 6 yaşlı Nihaddır. Əlizadə Nihad ürək qüsurlu olsa da əlilliyi rəsmi deyildi. Nihadın özündən balaca qardaşı da var - onun 4 yaşı var. Nicatın göz kanallarının tutulması, bəbəkdə daralma, asma-bronxitə meyllilik, nitqində müəyyən problemləri var idi. Ana-Əliyeva Elnarə işsizdir. Ata-Əliyev Mirzə bir müddət Asan Xidmətdə bağban işləyirdi. Hal-hazırda işsizdir. Ailə 1 otaqlı şəxsi həyət evində yaşayır, evin təmir vəziyyəti o qədərdə ürək açan deyil.

Nihad gets his eyes examined at the Aghabedy CBR.

Uşağın inkişafında müsbət rol oynaya biləcək İƏR mərkəzinin məşğələlərinə ehtiyacları var idi. Uşaqların hər ikisin səhhətində olan problemdən dolayı həkim müayinəsinə, eləcə də ailənin maddi durumunu nəzərə alaraq sosial yardımın alınmasına, eyni zamanda Nihadın əlilliyinin rəsmiləşdirilməsinə ehtiyac var idi.

Sosial işçi ailəyə “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində səfər edib, ehtiyacları müəyyənləşdirdi. Valideynlərdən layihə çərçivəsində fəaliyyət göstərən İƏR mərkəzində övladlarının reabilitasiya proqramına cəlb olunmağını xahiş etdilər. Qiymətləndirmə zamanı məlum oldu ki, ailənin maarifləndirilməyə, eyni zamanda ailənin əlavə dəstəklərə ehtiyacı var.

Ana-Elnarə xanımın ümumi ailə vəziyyətini nəzərə alaraq ticarət mərkəzlərinin birində satıcılıq işi ilə təmin olunmasına dəstək olduq, amma uşaqları kiçik yaşlı olduğu üçün ananın işləməsinə maneçilik yaranırdı. Bu səbəbdən də uşaqlar 5 saylı körpələr evi-uşaq bağçasına yerləşdirildi.

Səhhətindəki problemlərlə bağlı uşaqları Ağcabədi rayonunda fəaliyyət göstərən Kordiomed Klinikasında Bakı şəhərindən dəvət olunmuş Modern Hospitalın həkim-oftalmoloqu və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının İnvaziv uşaq kardioloqu tərəfindən pulsuz müayinə edildi. Pandemiya ilə bağlı bir çox iş yerlərinin məhdudlaşdırılması ilə bağlı Nihadın ürək qüsürü ilə bağlı əlilliyinin rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir.

"Mərkəzə cəlb edildiyim 1 il ərzində həm ailəmin maddi durumunda, həm övladlarımın səhhətindəki irəliləyiş ailəmizin vəziyyətini xeyli yaxşılaşdırdı.”

Ailə pandemiya müddətində psixososial dəstəklə təmin edildi. Belə ki, Elnarə xanıma evdə reabilitasiya proqramını davam etdirməsi üçün uşaqlarına qulluq etməklə bağlı maarifləndirmək məqsədilə UAFA-nın Xüsusi Ehtiyacı olan uşaqların inkişafına dair rəhbərlik kitabı verildi. Uşaqlar İƏR mərkəzin omlayn reabilitasiya proqramına yönləndirildi.

Dəstəyimizin davamı olaraq ailənin aztəminatlığını nəzərə alaraq ailəyə ÜSY-ın təyin olunmasına da dəstək olduq, belə ki sentyabr ayının əvvəllərindən ÜSY təyin olunması üçün  sənədlər sistemə vuruldu və may ayında ailəyə 230 AZN ÜSY təyin olundu. Eyni zamanda ailəyə müxtəlif ərzaq yardımları edildi.

Nihadın anası: “Bu mərkəzə gəlməmişdən əvvəl ailəmin probemlərinin necə həll edəcəyimi bilmirdim. İşsizlik, övladlarımın səhhətindəki problemlər məni çox çarəsiz duruma salmışdı. Amma mərkəzə cəlb edildiyim 1 il ərzində həm ailəmin maddi durumunda, həm övladlarımın səhhətindəki irəliləyiş ailəmizin vəziyyətini xeyli yaxşılaşdırdı.”

“Pandemiya zamanı işlədiyimiz ailələrin probleminin həllində bir çox çətinliklər yarandı. Belə ki, bir çox iş yerlərinin fəaliyyəti məhdudlaşdırıldı, amma buna baxmayaraq çalışırıq ki, Nihadın ailəsi kimi digər ailələrimizə də, əlimizdən gəldiyi qədər köməkliyimizi davam etdirək. Bizə müraciət zamanı Nihadın ailəsində ən çətin vəziyyət ailənin psixoloji durumundakı problemlər idi. Ailə çarəsiz vəziyyətdə olduğu üçün problemin həlli istiqamtində heç bir iş görə bilmirdi. Buna görə də ilk işimiz ailənin maarifləndirilməsi oldu. Sevindirici haldır ki, artıq ailə yaranan problemləri həll etmək üçün müraciət edəcəyi ünvanları dəqiq və düzgün bilir, övladları ilə necə davranmaq lazım olduğunu öyrənib və eyni zamanda ailənin maddi durumundakı irəliləyişlər onlara imkan verir ki, həyat şəraitlərini yaxşılaşdırsınlar. Artıq ailə öz ayaqları üstündə heç kimin köməyi olmadan dayanmağı bacarır.” - İƏR mərkəzin əməkdaşı öz təəssüratlarını bölüşür.


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi seçilmiş rayonlarda ehtiyaclı kateqoriyadan olan uşaqlara geniş çeşidli dəstək xidmətlərinin göstərilməsində müvafiq dövlət qurumları ilə birlikdə işləyən UNICEF və yerli QHT-lər ilə birgə əməkdaşlıqda həyata keçirilir.

“Bu hekayənin məzmununa gorə UNICEF məsuliyyət daşıyır ve burada ifadə olunan fikirlər Avropa İttifaqının rəsmi movqeyi kimi qəbul edilə bilməz.”