Erkən aşkarlanma və müdaxilə
UNICEF ölkədə səhiyyə işçiləri üçün təlim proqramları işləyib hazırlamaqla uşaqlarda əlilliyin və inkişaf ləngimələrinin erkən aşkar edilməsi və profilaktikası işinə dəstək verir.
- English
- Azərbaycanca
“Əlilliyin erkən aşkarlanması və təxirəsalınmaz cavab tədbirlər inin həyata keçirilməsi məqsədilə səhiyyə işçilərinin müvafiq bacarıqlarının artırılması sahəsinə ayrılan vəsait uşaqların əqli və fiziki inkişafının vacib bir mərhələsinə əhəmi yyətli təsir göstərə bilər. Erkən aşkarlama əlilliyin qarşısını almaq imkanlarını artırır və sonrakı müdaxilə tədbirləri ilə müqayisədə daha az xərc tələb edən tədbir kimi ö zünü təsdiqləyib.” - UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin
UNICEF ölkədə səhiyyə işçiləri üçün təlim proqramları işləyib hazırlamaqla uşaqlarda əlilliyin, habelə inkişaf ləngimələrinin erkən aşkar edilməsi və profilaktikası işinə dəstək verir. Bu, uşaqlarda əlilliyin mümkün qədər erkən aşkar edilməsi və öhdəsindən gəlinməsi üçün bütün həkim-pediatrların, uşaq nevroloqlarının, psixoloqların və sosial işçilərin ən müasir bilik və bacarıqlarla təmin olunmasına şərait yaradır.
Eyni zamanda, biz ailələri onlara maksimum kömək edə biləcək mü təxəssislərə istiqamətləndirən sistemləri dəstəkləyirik ki, bu, erkən aşkarl ama və profilaktikanın səmərəliliyini ən yüksək səviyyədə təmin edən son dərəcə mühüm komponentlərdəndir.
2018-ci ildə Səhiyyə Nazirliyi əlilliyi olan və ya inkişafında ləngimələr olan uşaqlar üçün 14 dispanserizasiya mərkəzi
yaradıb.