Erkən yaş dövrü inkşafı
UNICEF böyüməkdə olan hər bir uşaq üçün bu kimi vacib komponentlərin inkişafına sərmayə qoyur: diqqətli qayğı, möhkəm sağlamlıq, optimal qidalanma, habelə inkişaf və təhsil proseslərinin bütün mərhələlərində stimullaşdırıcı və təhlükəsiz mühit.

- Available in:
- English
- Azərbaycanca
"Uşağın həyatının ilk illərində onun potensialından maksimum ist ifadə uşağın gələcək uğurlarının təmin edilməsi, habelə onun cəmiyyətə davamlı töhfələr vermək bacarığının artırılması baxımından mümkün olan ən yaxşı sərmayədir."

"Hər bir uşağın maksimum mümkün dərəcədə inkişaf etmək hüququ var."
BMT-nin Uşaq Hüquqları Konvensiyasında hər bir uşağın mümkün qədər maksimum inkişaf etmək hüququna malik olması bəyan olunmaqla dünyada bütün uşaqların erkən yaş dövründə inkişaf etmək hüququ təsbit olunmuşdur.
UNICEF Azərbaycanda hər bir uşağın həyata mümkün qədər yaxşı şəkildə b aşlaya bilməsini təmin etmək məqsədilə erkən uşaqlıq dövründə inkişafla bağlı sağlamlıq, qidalanma, təhsil və valideynlərə dəstək məsələlərini özündə əks etdirən kompleks yanaşma tətbiq edir.
Bəzi əsas faktlar:
- Erkən uşaqlıq dövründə zəif qidalanma qısaboyluluğa səbəb olur.
- Erkən uşaqlıq dövründə yoxsulluqla əlaqədar risklər, məsələn az qidalanma və ağır sanitariya şəraiti inkişafda geriləmələrə və təhsildə uğursuzluqlara gətirib çıxara bilər.
- Erkən uşaqlıq dövründə zəif inkişaf hər bir ölkə üçün iqtisadi itkilər deməkdir.