Azərbaycanın bölgələrində Gənclər üçün Məsləhət Şuralarının yaradılması
Maraq ifadə etmək istəyən təşkilatlar üçün elan
- Available in:
- English
- Azərbaycanca
Maraq ifadə etmək üçün ümumi elanın məqsədi Azərbaycanın seçilmiş beş bölgəsində rayon icra hakimiyyəti nəznində Gənclər üçün Məsləhət Şuralarının yaradılmasını dəstəkləyən potensial tərəfdaşlıq üçün uyğun Vətəndaş Cəmiyyəti Təşkilatlarının müəyyənləşdirilməsidir.
Maraqlı olan Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT), aşağıdakı 1.3 bəndində göstərilən yeniyetmələr və gənclər üçün gözlənilən nəticələrin verilməsini dəstəkləmək məqsədilə müvafiq qabiliyyətlərini, təcrübələrini, bacarıqlarını və potensialını nümayiş etdirmək şərti ilə tərəfdaşlıq üçün təkliflər göndərməyə dəvət olunur.
Elandakı əməkdaşlığa maraq göstərən təşkilatlardan sənədlərini üzərində “CSO General Call for Expression of Interest” sözləri qeyd olunan və möhürlənmiş zərfdə 19 may 2019-cu il tarixindən gec olmayaraq aşağıdakı ünvana göndərməkləri və ya şəxsən təhvil verməkləri
UNICEF Azərbaycan
Neftçilər prospekti 24
Bakı AZ1095, Azərbaycan Respublikası
və ya
e-poçt vasitəsilə baku_tenders@unicef.org ünvanına göndərməkləri xahiş olunur.
Ərizələr ingilis dilində təqdim edilməlidir.
Əlavə məlumat üçün mhuseynova@unicef.org ünvanına müraciət edin
Müraciətlər 3-cü fəsildə göstərilən meyarlardan istifadə edərək yeniyetmələr və gənclər üçün nəticələrin əldə edilməsini dəstəkləmək məqsədilə mandat, qabiliyyət və müqayisəli üstünlüyə sahib olan VCT-ları müəyyən etmək üçün qiymətləndirmə komitəsi tərəfindən qiymətləndiriləcəkdir. Qeyd etmək lazımdır ki, ümumi marağın ifadə edilməsi mərhələsində sənənlər təqdim olunması VCT-nın UNICEF ilə tərəfdaşlıq üçün seçiləcəyinə zəmanət vermir. Seçilmiş QHT-lər aşağıda göstərilən 3.4-cü bənddə təsbit olunan meyarlara və VCT-larla tərəfdaşlığa dair tətbiq olunan siyasət və prosedurlara uyğun olaraq tərəfdaşlıq müqavilələrini nəzərdən keçirmək və yekunlaşdırmaq üçün dəvət olunacaqlar.
Müraciət edən VCT-lar, qiymətləndirmənin nəticələri barədə ərizədə göstərdikləri elektron poçt/poçt ünvanına göndərilən məktubla məlumatlandırılacaqlar.