UNICEF İbtidai Təhsildə Yeni Kurrikulumun tədris edilməsi və Fəal Təlim üzrə Təlimçilərin Təlimi Kursunu məmnuniyyət hissi ilə elan edirAzərbaycan Hökuməti təhsilin keyfiyyətini yüksəltmək, eləcə də bazar iqtisadiyyatı və sosial şərtlərlə bağlı yaranmaqda olan tələbləri qarşılamaq üçün bir çox əsas sektorlararası məsələlərin həlli yolunu axtararaq təhsil sistemində islahatların həyata keçirilməsinə çalışır. 2008-ci ildə təqdim edilmiş yeni milli kurrikulumun icrasını dəstəkləmək məqsədilə UNICEF ibtidai təhsil müəllimləri üçün yeni kurrikulum üzrə 150 təlimçi hazırlamağı planlaşdırır. Təlim iştirakçıları təlimçi və fasilitatorluq bacarıqlarının təkmilləşdirilməsi, eləcə də yeni kurrikulum və fəal təlim üzrə 20 saatlıq təlimdə iştirak edəcəklər. Təlimdə iştirak üçün uyğunluq meyarları: Təlimdə iştirak etmək marağında olan ərizəçi aşağıdakıları təqdim etməlidir: möhürlənmiş zərfdə/və e-mail yolu ilə: Bütün müraciətlər tam məxfilik təmin edilərək nəzərdən keçiriləcəkdir. UNICEF hamı üçün bərabər iş imkanlarını təmin edən işəgötürəndir. UNICEF Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən uşaq hüquqlarının müdafiə edilməsini təşviq etmək, onların əsas ehtiyaclarını qarşılamaq və potensiallarının tam miqyasda səfərbər edilməsi imkanlarını genişləndirmək mandatı ilə təmin edilmişdir. Ərizələrin qəbulu üçün son tarix: 7 dekabr 2010, 16:00 Daha ətraflı məlumat üçün əlaqələndirici: Kənan Məmmədli, kmammadli@unicef.org
|